İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 10 sentyabr tarixində keçirilən hərracda 20 nəqliyyat vasitəsi və 24,5 ton metal çiv satılıb.
Fins.az xəbər verir ki, hərraca çıxarılan əmlaklara 69 sifariş qəbul edilib. Rəqabətli keçən hərracda ilkin qiyməti 5.000 manat olan 24,5 ton metal çiv 11.000 manata, start qiyməti 6.500 manat olan “Ford Transit” markalı nəqliyyat vasitəsi isə 9.065 manata satılıb.
Hərracda satılan əmlakların siyahısı ilə //bit.ly/4cVEEfG linki vasitəsilə tanış olmaq olar.
Növbəti hərraclar 17 və 30 sentyabr tarixlərində keçiriləcək.
İştirak etmək istəyənlər “www.emlak.gov.az” Xidmətin və “www.auksion.gov.az” Hərracların Təşkili Mərkəzinin rəsmi internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər. “www.e-emlak.gov.az” Elektron Xidmətlər Portalından qeydiyyatdan keçərək və beh ödəyərək iştirakçı statusu almaq olar.
Zemfira Ms
Fins.az