BİRJA

11 Sentyabr

"Brent" neftinin qiyməti artıb, təbii qazın qiyməti isə azalıb, avro, lirə qahalaşıb, qızıl qiyməti artıb ...

NEFT

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəyəri 0,55% artaraq 1 barelə görə 69,57 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,56% aartaraq 1 barelə görə 66,12 ABŞ dolları olub.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,27 ABŞ dolları və ya 3% azalaraq 73,63 ABŞ dollarına bərabər olub.

TƏBİİ QAZ

Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,13% azalaraq 2,233 ABŞ dolları təşkil edib.

ABŞ DOLLARI

2024-cü il sentyabrın 11-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

AVRO

2024-cü il sentyabrın 11-də Avro 1.8780 manata kimi bahalaşıb.

LİRƏ

2024-cü il sentyabrın 11-də Türkiyə lirəsi 0.0500 manata kimi bahalaşıb.

RUBL

2024-cü il sentyabrın 11-də Rusiya rublu 0.0187 manata kimi ucuzlaşıb.

QIZIL

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,28% artaraq 2 550,2 ABŞ dollarına bərabər olub.

GÜMÜŞ

Nyu-Yorkun COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,82% artaraq 28,85 ABŞ dollarına bərabər olub.