BİRJA

10 Sentyabr

1092 gün olan istiqrazların yerləşdirilməsi üzrə hərrac keçirilib - BFB

10 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 1092 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə Fins.az-a BFB-dan məlumat daxil olub.

İstiqrazların buraxılışı üzrə məlumatlar aşağıdakı kimidir:

Emitent

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

Dövlət istiqrazının növü

Kuponlu, ortamüddətli dövlət istiqrazları

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ0201070239

İstiqrazların tədavül müddəti

1092  gün

Buraxılış həcmi

120,000,000 manat

Nominal dəyəri

100 manat

Minimal qiymət

91.3050 (10.9800%) manat

Maksimal qiymət

96.6365 (8.8000%) manat

Kəsmə qiyməti

94.6609 (9.5900%) manat

Ortaçəkili qiyməti

95.4279 (9.2809%) manat

Reallaşdırılmış həcmi

180,000,000 manat

Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə)

238,709,800 manat

İnvestor sayı

23

Sifarişlərin sayı

68

Ödəmə tarixi

07.09.2027

Anderrayter

       “PAŞA Kapital İ.Ş.” QSC

Zemfira Ms
Fins.az