BİRJA

10 Sentyabr

Barings: Azərbaycanın kredit reytinqi və blokçeyn texnologiyaları kapital bazarını genişləndirəcək

Azərbaycanın kredit reytinqi BB+ səviyyəsindədir və bu, ölkəni bir çox inkişaf etməkdə olan Asiya, Latın Amerikası və Türkiyə ilə müqayisədə daha güclü maliyyə göstəricilərinə malik edir.

Fins.az xəbər verir ki, bu barədə Bakıda keçirilən "Chain Reaction 2024" forumunda "Barings" şirkətinin idarəedici direktoru Lemer Salah məlumat verib.

L.Salahın sözlərinə görə, Azərbaycan iqtisadiyyatının sabitliyi və maliyyə balansı ölkənin dövlət və bank sektorlarına daha çox birbaşa xarici investisiya cəlb etmək üçün şərait yaradır:

"İqtisadiyyatı şaxələndirmək və neft-qaz gəlirlərindən asılılığı azaltmaq üçün Azərbaycanın yüksək gəlirli istiqrazların emitenti kimi çıxış etməsi mühüm addımlardan biridir. Bununla yanaşı, ölkənin blokçeyn və digər müasir texnologiyalara keçidi, kapital bazarının genişlənməsinə və iqtisadi inkişafın sürətlənməsinə imkan yaradacaq".

Fuad Mədətov
Fins.az