Azərbaycanda kriptovalyuta biznesindən gəlir əldə edən şəxslər üçün yeni vergi qaydaları hazırlanır.
Fins.az xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov "Chain Reaction 2024" forumu çərçivəsində keçirilən "Rəqəmsal və metakainat iqtisadiyyatına giriş" adlı panel müzakirəsi zamanı bildirib.
F.Cəfərov əlavə edib ki, Azərbaycan elektron tender və viza platformalarını, fintex sahəsində maliyyə həllərini fəal inkişaf etdirir və pərakəndə ticarət, kiçik və orta müəssisələr (KOB) üçün yeni imkanlar yaradır:
"1 200-dən çox kiçik və orta müəssisəyə dəstək göstərməyi planlaşdırırıq ki, bu da bizneslərin daha sürətlə rəqəmsallaşmasına, həm yerli, həm də beynəlxalq bazarlarda fəaliyyətlərini genişləndirməyə imkan verəcək".
Fuad Mədətov
Fins.az