BİRJA

06 Sentyabr

"Legion Financial” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaq

5 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Legion Financial” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilib.

Bu barədə Fins.az-a BFB-dan məlumat verilib.

Qeyd olunan səhmlərinin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcək. 13 sentyabr 2024-cü il tarixindən başlayaraq 17 sentyabr 2024-cü il tarixinə kimi 3 iş günü ərzində "Legion Financial” ASC-nin səhmləri üzrə abunə yazılışı baş tutacaq.

Səhmlər üzrə yerləşdirmə 23 sentyabr 2024-cü il tarixində gerçəkləşdiriləcək.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"Legion Financial” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ1001025464

Səhmlərin növü və forması

Səhm adi, sənədsiz, adlı

Ticarət üsulu/forması

Kütləvi/Abunə yazılışı

Səhmlərin sayı

10,000 (ədəd)

İlkin ticarət qiyməti

100 manat

Buraxılış həcmi

1,000,000 manat

Anderrayter

“Assist Finance İ.Ş” ASC

Ticarətə buraxılma tarixi

23.09.2024

Zemfira Ms
Fins.az