BİRJA

04 Sentyabr

"Mərmər İnşaat” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaq - BFB

4 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Mərmər İnşaat” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilib.

Bu barədə Fins.az-a BFB-dan məlumat daxil olub.

Qeyd olunan səhmlərin abunə yazılışı 4 sentyabr tarixindən başlayaraq 1 gün ərzində davam edərək 5 sentyabr tarixində yekunlaşacaq və yerləşdirmə 6 sentyabr tarixində baş tutacaq.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"Mərmər İnşaat” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ1001024491

Səhmlərin növü və forması

Səhm adi, sənədsiz, adlı

Ticarət üsulu/forması

Kütləvi/Abunə yazılışı

Səhmlərin sayı

100 (ədəd)

İlkin ticarət qiyməti

1,000 manat

Buraxılış həcmi

100,000 manat

Ticarətə buraxılma tarixi

06.09.2024

Anderrayter

“Assist Finance İ.Ş” ASC

Zemfira Ms
Fins.az