4 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "GL" ASC-nin ümumi buraxılış həcmi 400,000 (dörd yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Bu barədə Fins.az-a BFB-dan məlumat daxil olub.
Qeyd olunan istiqrazların yerləşdirilməsi 6 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək.
istiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı |
"GL" ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2032020284 |
İstiqrazların növü və forması |
İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
Ticarət üsulu / forması |
Kütləvi/Birqiymətli |
İstiqrazların sayı |
400 (ədəd) |
İlkin ticarət qiyməti |
1,000 manat |
İstiqrazların buraxılış həcmi |
400,000 manat |
İllik gəlirlilik faizi |
15% |
Ödəmə Periodu |
Hər ayda bir dəfə (hər bir ayın 30(otuz) gün olduğunu qəbul etmək şərti ilə) |
Tədavül müddəti |
5 il |
Ticarətə buraxılma tarixi |
06.09.2024 |
Anderrayter |
“INVEST-AZ İ.Ş” ASC |
Zemfira Ms
Fins.az