BİRJA

04 Sentyabr

Azərbaycan neftinin qiyməti azalıb, rubl və avro bahalaşıb, qızıl qiyməti artıb ...

NEFT

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəyəri 0,49% azalaraq 1 barelə görə 73.39 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,58% azalaraq 1 barelə görə 69.93 ABŞ dolları olub.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 3.01 ABŞ dolları və ya 3.69% azalaraq 78.55 ABŞ dollarına bərabər olub.

TƏBİİ QAZ

Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,09% azalaraq 2.20 ABŞ dolları təşkil edib.

ABŞ DOLLARI

2024-cü il sentyabrın 4-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

AVRO

2024-cü il sentyabrın 4-də Avro 1.8796 manata kimi bahalaşıb.

LİRƏ

2024-cü il sentyabrın 4-də Türkiyə lirəsi 0.0500 manata kimi ucuzlaşıb.

RUBL

2024-cü il sentyabrın 4-də Rusiya rublu 0.0194 manata kimi bahalaşıb.

QIZIL

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,07% artaraq 2 526.40 ABŞ dollarına bərabər olub.

GÜMÜŞ

Nyu-Yorkun COMEX-də gümüşün bir unsiyasının qiyməti 0.18% artaraq 28.40 ABŞ dollarına bərabər olub.