BİRJA

04 Sentyabr

Mərkəzi Bankın Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

4 və 5 sentyabr 2024-cü il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən Fins.az-a verilən məlumata görə, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaq.

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:

Notun müddəti (gün)

İSİN

Hərrac

tarixi

Hərraca çıxarılan məbləğ (manat)

Nominal

Miqdar

Notun ödəniş  tarixi

28

 AZ2315024706

04.09.2024

10.000.000

100.000

100

02.10.2024

84

 AZ2316024705

05.09.2024

5.000.000

100.000

50

28.11.2024

168

 AZ2317024704

04.09.2024

2.500.000

100.000

25

19.02.2025

252

 AZ2318024703

05.09.2024

2.500.000

100.000

25

15.05.2025

Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.

Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcminə məhdudiyyət tətbiq olunmur.

Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcək.

Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcək.

Fuad Mədətov
Fins.az