NEFT
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəyəri 0,79% azalaraq 1 barelə görə 76,32 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,71% azalaraq 1 barelə görə 73,03 ABŞ dollarına enib.
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,42 ABŞ dolları və ya 1,72% artaraq 84,04 ABŞ dollarına bərabər olub.
TƏBİİ QAZ
Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,93% artaraq 2,166 ABŞ dolları təşkil edib.
ABŞ DOLLARI
2024-cü il sentyabrın 2-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.
AVRO
2024-cü il sentyabrın 2-də Avro 1.8782 manata kimi ucuzlaşıb.
LİRƏ
2024-cü il sentyabrın 2-də Türkiyə lirəsi isə 0.0499 manata təşkil edib.
RUBL
2024-cü il sentyabrın 2-də Rusiya rublu 0.0188 manata kimi bahalaşıb.
QIZIL
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,05% artaraq 2 528,8 ABŞ dollarına bərabər olub.
GÜMÜŞ
Nyu-Yorkun COMEX-də gümüşün bir unsiyasının qiyməti 1,09% azalaraq 28,83 ABŞ dollarına bərabər olub.