BİRJA

30 Avqust

“GL” ASC-nin istiqrazının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb

30 avqust 2024-cü il tarixində Bakı Fond Birjasında (BFB) “GL” ASC-nin istiqrazının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

Bu barədə Fins.az-a BFB-dan məlumat verilib.

İstiqrazın emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqraz üzrə məlumatlar aşağıdakı kimidir:

Emitentin adı

“GL” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2031020285

İstiqrazın növü və forması

İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu/forması

Kütləvi/Birqiymətli

İstiqrazın sayı

400 (ədəd)

İlkin ticarət qiyməti

1,000 manat

İstiqrazın buraxılış həcmi

400,000 manat

Hərrac qiyməti

1,000 manat

İllik gəlirlilik faizi

15%

İstiqrazın reallaşdırılmış həcmi

400,000 manat

İstiqrazın sifarişlərinin ümumi həcmi (nominal qiymətlə)

400,000 manat

İnvestor sayı

1

Sifariş sayı

1

Ödəmə Periodu

Hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə)

Tədavül müddəti

5 il

İstiqrazın ödəmə tarixi

30.08.2029

Anderrayter

“İNVEST-AZ İ.Ş.” QSC

Zemfira Ms
Fins.az