BİRJA

29 Avqust

BOKT "İnternational" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - BFB

29 avqust 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "İnternational" ASC-nin ümumi buraxılış həcmi 2,000,000 (iki milyon) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

Bu barədə Fins.az-a BFB-dan məlumat daxil olub.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

BOKT "İnternational" ASC

Dövlət qeydiyyat nömrələri – İSİN

AZ2013021020/AZ2014021029/AZ2015021028/AZ2016021027/ AZ2016021027/AZ2017021026/ AZ2018021025/AZ2020021021

İstiqrazlarının növü və forması

İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu / forması

Kütləvi/Rəqabətli

İstiqrazların ümumi sayı

2000 (ədəd)

İlkin ticarət qiyməti

1,000 manat

İstiqrazların ümumiburaxılış həcmləri

2,000,000 manat

İllik gəlirlilik faizləri

15%

Ödəmə Periodları

İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən dövri olaraq hər 30 gündən bir

Tədavül müddətləri

2 il

Ticarətə buraxılma tarixləri

Emitent tərəfindən bildiriləcək

Anderrayter

“PAŞA Kapital İ.Ş” QSC

Zemfira Ms
Fins.az