BİRJA

28 Avqust

Kriptovalyutalar bazarı: Son durum

Kriptovalyuta bazarı çərşənbə günü qeyri-müəyyən bir vəziyyətdədir.

Fins.az xəbər verir ki, lider kriptovalyutalar arasında, Bitcoin (BTC) günün ilk hissəsini yanaşı hərəkətlə keçirərək $59,290 qiymətində ticarət olunur. Son 24 saat ərzində Bitcoin-in minimum qiyməti $58,116, maksimum isə $63,207 olub.

Kapitalizasiya baxımından ikinci yerdə olan Ethereum da günə yanaşı hərəkətlə başladı. Hal-hazırda Ethereum $2,458 qiymətindədir.

Ən kapitalizə olunmuş 10 kriptovalyuta arasında gündəlik bazarda ən yaxşı nəticəni Toncoin (+1,72%) nümayiş etdirib, həftəlik nəticələrdə isə Solana (+3,28%) öndədir. 24 saat ərzində ən böyük itki Ethereum (-7,45%) tərəfindən, həftə ərzində isə Toncoin (-19,30%) tərəfindən qeydə alınıb.

Top-100 kapitalizasiya sıralamasında ən yaxşı gündəlik nəticəni yenidən Toncoin (+1,72%) nümayiş etdirib. Həftə ərzində ən yaxşı nəticəni isə Artificial Superintelligence Alliance (+42,12%) göstərib. Son 24 saat ərzində ən çox dəyər itirən aktiv Sui (-12,83%) olub. Həftə ərzində isə ən böyük itki Toncoin (-19,30%) tərəfindən qeydə alınıb.