NEFT
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin oktyabr müqaviləsinin dəyəri 0,15% azalaraq 1 barelə görə 80,24 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,22% azalaraq 1 barelə görə 77,25 ABŞ dollarına enib.
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.12 ABŞ dolları və ya 0.15% azalaraq 79.40 ABŞ dollarına bərabər olub.
TƏBİİ QAZ
Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,28% azalaraq 2,115 ABŞ dolları təşkil edib.
ABŞ DOLLARI
2024-cü il avqustun 27-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.
AVRO
2024-cü il avqustun 27-də Avro 1.8986 manata kimi ucuzlaşıb.
LİRƏ
2024-cü il avqustun 27-də Türkiyə lirəsi 0.0500 manat təşkil edib.
RUBL
2024-cü il avqustun 27-də Rusiya rublu 0.0185 manata kimi ucuzlaşıb.
QIZIL
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,45% azalaraq 2,543,8 ABŞ dollarına bərabər olub.
GÜMÜŞ
Nyu-Yorkun COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,29% azalaraq 30,37 ABŞ dollarına bərabər olub.