BİRJA

22 Avqust

"GL" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

22 avqust 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "GL" ASC-nin ümumi buraxılış həcmi 800,000 (səkkiz yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

Bu barədə Fins.az-a BFB-dan məlumat verilib.

Qeyd olunan istiqrazların yerləşdirilməsi 26 avqust 2024-cü il tarixində Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"GL" ASC

Dövlət qeydiyyat nömrələri – İSİN

AZ2029020289 / AZ2030020286

İstiqrazlarının növü və forması

İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu / forması

Kütləvi/Birqiymətli

İstiqrazların hər birinin sayı

400 (ədəd)

İlkin ticarət qiymətləri

1,000 manat

İstiqrazların hər birinin buraxılış həcmləri

400,000 manat

İllik gəlirlilik faizləri

15%

Ödəmə Periodları

Hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə)

Tədavül müddətləri

5 il

Ticarətə buraxılma tarixləri

26.08.2024

Anderrayter

“INVEST-AZ İ.Ş” ASC

Zemfira Ms
Fins.az