BİRJA

22 Avqust

Maliyyə Nazirliyinin dövlət istiqrazları üzrə keçiriləcək hərrac barədə məlumat

Fins.az xəbər verir ki, 2024-cü il 27 avqust tarixində aşağıdakı parametrli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət istiqrazlarının Bakı Fond Birjasında (BFB) yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

İSİN kodunun verilmə tarixi    2024-cü il 31 iyul
Qiymətli kağızın İSİN kodu    AZ0201070221
İstiqrazın növü    kuponlu, ortamüddətli dövlət istiqrazları
Qiymətli kağızın nominal dəyəri    100,00 (bir yüz) manat
Qiymətli kağızın miqdarı    700.000 (yeddi yüz min) ədəd
Məcmu nominal dəyəri    70.000.000,0 (yetmiş milyon) manat
Kupon dərəcəsi     7.5%
Tədavül müddəti    1092 gün
Kupon ödənişləri     2025-ci il 25 fevral, 2025-ci il 26 avqust, 2026-cı il 24 fevral, 2026-cı il 25 avqust, 2027-ci il 23 fevral, 2027-ci il 24 avqust
Əsas məbləğin ödəniş tarixi    2027-ci il 24 avqust


Zemfira Ms
Fins.az