BİRJA

30 İyul

İnvestisiya şirkətlərinin dövriyyələrinin həcmi üzrə RENKİNQİ - YANVAR-İYUN/2024

Bakı Fond Birjası 2024-cü ilin yanvar-iyun ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin dövriyyələrinin həcmini açıqlayıb.

Fins.az xəbər verir ki, investisiya şirkətlərinin dövriyyələrinin həcminə görə renkinq siyahısında “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC (14 087 024 352 AZN) ən yüksək nəticə göstərən şirkət olub.

İkinci ən yüksək nəticə "ABB İnvest İnvestisiya Şirkəti" QSC (7 744 180 949 AZN), üçüncü ən yüksək nəticə isə "Assists Finance İnvestisiya Şirkəti" ASC (2 995 010 235 AZN) qeydə alınıb.

Siyahıda sonuncu yerdə “Troni İnvestisiya Şirkəti” (1 990 556 AZN) qərarlaşıb.

Fins.az BFB-yə istinadən investisiya şirkətlərinin dövriyyələrinin həcminə görə renkinqi təqdim edir:

Fuad Mədətov
Fins.az