Neşvilldə keçirilən “Bitcoin 2024” konfransında Donald Tramp noyabr ayında seçiləcəyi təqdirdə Qiymətli Kağızlar və Birjalar Komissiyasının sədri Qari Qensleri istefaya göndərəcəyini bildirib.
O, həmçinin ABŞ-a məxsus “Bitcoin”-in satışını qadağan edəcəyini və “strateji BTC ehtiyatı” yaratacağını vəd edib.
Fins.az xəbər verir ki, senator Lammis ABŞ Xəzinədarlığına 1 milyon BTC almağı təklif edir.
Sintiya Lammis Trampın kriptovalyuta yönlü fikirlərini dəstəkləyib. Çıxışından dərhal sonra “Bitcoin Senatoru” ləqəbli Vayominq Respublikaçısı “strateji BTC ehtiyatı” yaratmaq üçün qanun layihəsinin təqdim etmək planını açıqlayıb. Onun planına görə, ABŞ nəticədə 1 milyon sikkəyə sahib olacaq ki, bu da “Bitcoin”-in ümumi təklifinin 5%-ni təşkil edir.
Lammisin sözlərinə görə, qanun layihəsi ABŞ Xəzinədarlığının bitkoinləri özündə müxtəlif yerlərdə ən azı 20 il saxlamağı və sadəcə dövlət borcunu azaltmaq məqsədi ilə satılmağını təklif edir.
Həmçinin, Lammis Xəzinədarlığa Ədliyyə Departamenti və digər qurumlar tərəfindən saxlanılan və əsasən cinayət müsadirələri yolu ilə əldə edilən 210000 BTC-nin saxlanmasını öz üzərinə götürməsini təklif edib.