Ötən həftə qızılın qiyməti 2483.50$-a kimi yüksələrək tarixi maksimumunu yenilədikdən sonra "ayılar"-ın ciddi müqaviməti ilə üzləşdi və "sarı metal" həftənin sonuna doğru kəskin ucuzlaşdı. Cari həftə ərzində də ucuzlaşmaqda davam edən qiymətli metal, hazırda dünya birjalarında 2373$-dan təklif edilir.
Fins.az xəbər verir ki, 2370$ dəstəyi qırılarsa, qarşıda duran növbəti dəstək səviyyələri 2340$ və 2300$ səviyyələri ola bilər.