ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin sentyabr müqaviləsinin dəyəri 0,3% azalaraq 1 barelə görə 84,41 ABŞ dolları təşkil edib.
Fins.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqustunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,22% azalaraq 1 barelə görə 81,23 ABŞ dolları təşkil edib.
Fuad Mədətov
Fins.az