9 iyul 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “FİNCA AZERBAİJAN” Qeyri-Bank Kredit Təşkilatı MMM-nin buraxılış həcmi 2,500,000 (iki milyon beş yüz min) ABŞ dolları olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Fins.az xəbər verir ki, istiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı |
“FİNCA AZERBAİJAN” Qeyri-Bank Kredit Təşkilatı MMM |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2006019205 |
İstiqrazın növü və forması |
İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
Ticarət üsulu/forması |
Kütləvi/Rəqabətli |
İstiqrazın sayı |
2,500 (ədəd) |
İlkin ticarət qiyməti |
1,000 ABŞ dolları |
Buraxılış həcmi |
2,500,000 ABŞ dolları |
İllik gəlirlilik faizi |
9% |
Ödəmə Periodu |
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 aydan bir aydakı günlərin sayı 30(otuz) götürülməklə ödəniləcəkdir |
Tədavül müddəti |
18 ay |
Ticarətə buraxılma tarixi |
11.07.2024 |
Anderrayter |
“Unicapital İ.Ş” ASC |