BİRJA

27 İyun

AMB:Valyuta hərracında tələb təmin edildi -27.06.2024

Bu gün Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.

AMB-dən Fins.az-a verilən məlumata görə, hərracda tələb 94,8 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, iyunun 25-nə hərracda tələb 87,8 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Fuad Mədətov
Fins.az