Ötən gün hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 384 ABŞ dollarına yaxınlaşıb.
Fins.az xəbər verir ki, 24 iyun tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə iyul fyuçerslərinin qiyməti 383,8 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (375,1 dollar) ilə müqayisədə 2,3% çoxdur.
Qeyd edək ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.