24 iyun 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin buraxılış həcmi 50,000,000 (əlli milyon) manat dəyərində olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Fins.az xəbər verir ki, istiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitent |
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC |
İstiqrazın növü və forması |
İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2087008689 |
İstiqrazın sayı |
50,000 (ədəd) |
İlkin ticarət qiyməti |
1,000 manat |
Buraxılış həcmi |
50,000,000 manat |
Hərrac qiyməti |
1,000 manat |
İllik gəlirlilik faizi |
3.25 % |
Reallaşdırılmış həcmi |
50,000,000 manat |
Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə) |
50,000,000 manat |
İnvestor sayı |
1 |
Sifarişlərin sayı |
1 |
Ödəmə Periodu |
180 gündən bir (6 aydan bir) |
İstiqrazların tədavül müddəti |
7200 gün |
İstiqrazların ödəmə tarixi |
11.03.2044 |
Anderrayter |
“Unicapital İ.Ş” ASC |
Fuad Mədətov
Fins.az