20 iyun 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "ACCESSBANK” QSC-nin buraxılış həcmi 5,000,000 (beş milyon) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Fins.az xəbər verir ki, qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı |
"ACCESSBANK” QSC |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2005004281 |
İstiqrazın növü və forması |
İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
Ticarət üsulu/forması |
Kütləvi/Rəqabətli |
İstiqrazın sayı |
5000 (ədəd) |
İlkin ticarət qiyməti |
1,000 manat |
Buraxılış həcmi |
5,000,000 manat |
İllik gəlirlilik faizi |
10% |
Ödəmə Periodu |
İldə günlərin sayı 360(üç yüz altmış) və bir ayda günlərin sayı 30(otuz) gün olaraq götürülməklə hər 3(üç) təqvim ayından bir |
Tədavül müddəti |
18 ay |
Ticarətə buraxılma tarixi |
28.06.2024 |
Anderrayter |
“ABB-İnvest İ.Ş” QSC |
Fuad Mədətov
Fins.az