BİRJA

21 İyun

BFB-də “GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

10 may 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “GL” ASC-nin ümumi dəyəri 150,000 (yüz əlli min) manat həcmində olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

Fins.az xəbər verir ki, istiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

“GL” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2022020286

İstiqrazın növü və forması

İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu

Birqiymətli hərrac

İstiqrazın sayı

150 (ədəd)

İlkin ticarət qiyməti

1,000 manat

Buraxılış həcmi

150,000 manat

İllik gəlirlilik faizi

12%

Ödəmə Periodu

Hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) günü olduğunu qəbul etmək şərti ilə)

Tədavül müddəti

5 il

Ticarətə buraxılma tarixi

24.06.2024

Anderrayter

“İNVEST-AZ İnvestisiya şirkəti” QSC

Fuad Mədətov
Fins.az