BİRJA

14 İyun

“Adobe” səhmləri 15% bahalaşıb

Verilən məlumatlara əsasən, ABŞ proqram təminatı istehsalçısı “Adobe”-nin səhmlərinin dəyəri güclü maliyyə hesabatlarının dərcindən sonra cümə axşamı günün sonunda 14.7% artıb.

Fins.az xəbər verir ki, “Adobe” səhmləri postmarket dövründə 14.73% bahalaşaraq hər səhm üçün 526.3$ səviyyəsinə çatıblar. Lakin, cümə axşamı şirkətin səhmləri 0.25% ucuzlaşaraq 458.74$-a ticarət ediliblər.

İkinci maliyyə rübündə (mayın 31-də başa çatmışdır), səhm üzrə düzəliş edilmiş mənfəət 4.39$ olan proqnozlar ilə müqayisədə 4.48$ olmuşdur. Səhm üzrə düzəliş olunmamış mənfəət bir il əvvəlki 2.82$-dan 3.49$-a yüksəldi. Üç hesabat ayı üzrə gəlir illik müqayisədə 10.2% artaraq rekord həddə - 5.309 milyard dollara çatıb, ehtimal olunan rəqəm isə 5.29 milyard dollar olub. Xalis mənfəət illik müqayisədə 21.5% artaraq 1.573 milyard dollara çatıb.

Yarım ilin sonunda şirkətin xalis mənfəəti illik müqayisədə 13.7% azalaraq 2.193 milyard dollara, səhm üzrə azaldılmış mənfəət isə bir il əvvəlki 5.54$-dan 4.83$-a enib. Altı ay ərzində gəlirlər illik müqayisədə 10.8% artaraq 10.491 milyard təşkil edib.

Qeyd etmək lazımdır ki, “Adobe” kompüterlər üçün proqram təminatı istehsalçısıdır. Şirkət 1982-ci ildə yaradılıb və baş ofisi Kaliforniyanın San Xose şəhərində yerləşir. Şirkət məşhur şəkil redaktə proqramı “Photoshop”-u hazırlayıb.