İyunun 13-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.17% – 38,647.10 bəndədək azalıb, SP 500 indeksi 0,23% – 5,433.74 bəndədək, Nasdaq indeksi isə 0.34% – 17,667.56 bəndədək artıb.
Fins.az-ın məlumatına görə, Avropa fond bazarlarında isə iyunun 13-də Fransanın CAC-40 indeksi 1.99% – 7,708.02 bəndədək, FTSE 100 indeksi 0,63% – 8,163.67 bəndədək, Almaniyanın DAX indeksi isə 1.96% – 18,265.68 bəndədək azalıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,01% artaraq 1.0737 dollar təşkil edib.
Fuad Mədətov
Fins.az