11 iyun 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "ACCESSBANK” QSC-nin buraxılış həcmi 2,500,000 (iki milyon beş yüz min) ABŞ dolları olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Fins.az xəbər verir ki, istiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı |
"ACCESSBANK” QSC |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2006004280 |
İstiqrazın növü və forması |
İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
Ticarət üsulu |
Rəqabətli hərrac |
İstiqrazın sayı |
2500 (ədəd) |
İlkin ticarət qiyməti |
1,000 ABŞ dolları |
Buraxılış həcmi |
2,500,000 ABŞ dolları |
İllik gəlirlilik faizi |
6% |
Ödəmə Periodu |
Hər 3 ayda bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) |
Tədavül müddəti |
18 ay |
Ticarətə buraxılma tarixi |
14.06.2024 |
Anderrayter |
“Unicapital İ.Ş” ASC |