Çərşənbə günü ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) iclasının nəticələri və inflyasiya statistikasının dərc olunması ərəfəsində, dolların məzənnəsi digər əsas dünya valyutalarına nisbətən asta templə bahalaşır.
Fins.az xəbər verir ki, analitiklər hesab edirlər ki, may ayında ölkədə illik inflyasiya 3.4% təşkil edib. Həmçinin, illik baza inflyasiyanın artım dinamikasının bir ay əvvəlki 3.6%-dən 3.5%-ə kimi zaifləyəcəyi proqnozlaşdırılır.