4 iyunda keçiriləcək hərraca 69 dövlət əmlakı çıxarılacaq. Hərraca çıxarılan əmlaklar arasında kiçik dövlət müəssisəsi, nəqliyyat vasitələri, o cümlədən metal çiv və dizel mühərrikləri var.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 4 iyun tarixində keçiriləcək hərraca 8 kiçik dövlət müəssisəsi, 47 nəqliyyat vasitəsi, 13 dizel mühərriki və 24,5 ton metal çiv çıxarılacaq.
Alıcılar bu hərracda sənaye, xidmət sahəsinə aid olan kiçik dövlət müəssisəsi və obyektlərini özəlləşdirmək imkanına malikdir. Torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək kiçik dövlət müəssisələri Gəncə şəhərində, İmişli, Xızı, Saatlı, Ağstafa və Göygöl rayonlarında yerləşir.
İnvestorlar üçün maraqlı ola biləcək əmlaklardan biri Gəncədə yerləşən “Beton və məhlul istehsal edən sahə”dir. Həmin əmlakın ümumi faydalı sahəsi 383 kvadratmetr, torpaq sahəsi isə 3700 kvadratmetrdir.
Özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisələri barədə ətraflı məlumatı //clck.ru/3AsVYt linki vasitəsilə əldə etmək mümkündür.
Hərraca çıxarılan nəqliyyat vasitələri əsasən Avropa istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 2006-2016-ci illəri əhatə edir. Nəqliyyat vasitələrinin siyahısı ilə //clck.ru/3AsVhB linki vasitəsilə tanış olmaq olar.
Fuad Mədətov
Fins.az