BİRJA

24 May

“Nvidia”-nın hesabatından sonra “Wall Street” fyuçersləri yüksəlirlər

“Nvidia”-nın hesabatlarının dərcindən sonra “Wall Street”-in əsas fond indeksləri üçün fyuçerslərinin dəyəri yüksəlir.

Fins.az xəbər verir ki, “Dow Jones” sənaye indeksi (DJIA) üzrə fyuçerslər 0.08% artaraq 39815 bənd, “NASDAQ” yüksək texnologiya indeksi üzrə 0.89% artaraq 18954 bənd, “SP 500” geniş bazar indeksi üzrə isə 0.52% artaraq 5355.75 bənd təşkil ediblər.

Texnologiya nəhəngi “Nvidia”-nın səhmləri ticarət sessiyası öncəsi dövründə 6.6% bahalaşıb. “Nvidia”-nın 2024-2025-ci maliyyə ilinin birinci rübündə (28 apreldə başa çatan) gəliri illik müqayisədə 3.6 dəfə artaraq 26.044 milyard dollara çatıb ki, bu da analitiklərin 24.65 milyard dollarlıq proqnozundan yüksək olub.

Səhm başına mənfəət öncəki il ilə müqayisədə 1.09$-dan 6.12$-a yüksəlib. Proqnoz 5.59$ idi.

“Advanced Micro Devices”, “Micron Technology”, “Broadcom” və “Arm Holdings” daxil olmaqla, digər çip şirkətlərinin şəhmləəri 1.8%-dən 3.6%-ə qədər bahalaşıblar.