BİRJA

23 May

Mərkəzi Bankın 84 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

23 may 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2258024705 dövlət qeydiyyat nömrəli 15 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 6 investor tərəfindən qiymət intervalı 98,257.5659 (7.6%) manat və 98,329.7061 (7.28%) manat olan 6 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 25,000,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98,316.1717 (7.34%) manat, orta ölçülmüş qiyməti isə 98,318.0514 (7.33%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 15,000,000 manat təşkil edib. 

Notların ödəmə tarixi 15.08.2024-cü ildir.