BİRJA

21 May

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201070130 ISIN-li, 50 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Fins.az xəbər verir ki, hərrac zamanı 17 investor tərəfindən qiymət intervalı 93.7583 (9.50%) manat və 96.0200 (8.1980%) manat olan 32 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.6533 (8.98%) manat, orta ölçülmüş qiyməti isə 95.3338 (8.5888%) manat müəyyən edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 71,350,400 manat, yerləşdirilmiş həcmi isə 42,201,500 manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 19.05.2026-cı ildir.

Hərrac iştirakçıları 22 may 2024-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Fuad Mədətov
Fins.az