BİRJA

21 May

“Ethereum” yaxın aylarda “təcübləndirə bilər”

“Coinbase” birjasının analitiklərinin yeni hesabatına əsasən, kapitallaşmaya görə ikinci ən böyük kriptovalyuta “Ethereum”, önümüzdəki aylarda “qəfil artımla bazarları təəccübləndirə bilər”. Mütəxəssislər hesab edirlər ki, “Ethereum” mərkəzləşdirilməmiş maliyyə (DeFi) sahəsində lider mövqedə qalmağa davam edəcək. Bazar iştirakçıları isə “Ethereum”-da spot birja fondunun (ETF) təsdiqlənməsi ehtimalını hələ də az qiymətləndirirlər.

“Ethereum”-un dəyəri ilin əvvəlindən 32% artıb. Buna baxmayaraq, o, eyni müddət ərzində 56% bahalaşan əsas rəqibi “Bitcoin”-dan geri qalır. Geridə qalmasına baxmayaraq, analitiklər bu məsələ ilə bağlı nikbindirlər. Buna səbəb kimi “Ethereum”-da tokenlərin yaradılması və ya minerrin kriptovalyuta satışı kimi “əsas qiymət təzyiqi” amillərin olmaması qeyd olunur.

"Ethereum qarşıdakı aylarda gözlənilməz artımla təəccübləndirə bilər", - mütəxəssislər düşünürlər.

Mayın 23-də ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) aktivlərin idarəolunması ilə məşqul olan “VanEck”-in müraciəti ilə bağlı gözlənilən qərarı “Ethereum”-un qiymətini təzyiq altında saxlayan əsas amil kimi çıxış etməkdə davam edir. ABŞ-da bir qrup “Bitcoin spot “ETF”-nin debütündən sonra, “BlackRock”, “Fidelity”, “Ark Invest” və “VanEck” daxil olmaqla bir neçə aktivlərin idarəolunması şirkəti “Ethereum spot “ETF”-lərini yaratmaq üçün SEC-ə müraciət etdi. Bir sıra ekspertlərin fikrincə, tənzimləyici qurum onların müraciətlərini rədd etmək niyyətindədir.

SEC-in gözlənilən qərarı bazara qeyri-müəyyənlik gətirir, lakin “Coinbase”-də hesab edir ki, “Ethereum ETF”-lər üçün ilk müraciət rədd cavabı alsa da, mümkün sonrakı məhkəmə çəkişmələri bu qərarın ləğv olunmasına və “ETF”-lərin işə salınmasına yol aça bilər.