BİRJA

20 May

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Mayın 17-də Amerika fond bazarlarında Dow Jones indeksi 0,34% –40,003.59 bəndədək, SP 500 indeksi 0,12% – 5,303.27 bəndədək artıb, Nasdaq indeksi isə 0,07% – 16,685.97 bəndədək azalıb.

Fins.az-ın məlumatına görə, Avropa fond bazarlarında isə mayın 17-də Fransanın CAC-40 indeksi 0,26% –8,167.50 bəndədək, FTSE 100 indeksi 0,22% – 8,420.26 bəndədək, Almaniyanın DAX indeksi isə 0,18% – 18,704.42 bəndədək enib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,02% artaraq 1.0869 dollar təşkil edib.

Fuad Mədətov
Fins.az