15 may 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2253024700 dövlət qeydiyyat nömrəli 15 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Fins.az xəbər ki, hərrac zamanı 6 investor tərəfindən qiymət intervalı 99,440.8112 (7.23%) manat və 99,512.3893 (6.3%) manat olan 6 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 36,000,000 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99,446.9644 (7.15%) manat və orta ölçülmüş qiyməti 99,465.9753 (6.9%) manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 15,000,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 12.06.2024-cü ildir.