BİRJA

14 May

PASHA Yatırım Bankası A.Ş.-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil olub

14 may 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə PASHA Yatırım Bankası A.Ş.-nin ümumi dəyəri 25,000,000 (iyirmi beş milyon) ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Abunə yazılışının başlanmasına ən azı 1 iş günü qalmış abunə yazılışının baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.

Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Fuad Mədətov
Fins.az