Bakı Fond Birjası 2024-cü ilin yanvar-aprel ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin repo əməliyyatları üzrə dövriyyələrinin həcmini açıqlayıb.
Fins.az xəbər verir ki, investisiya şirkətlərinin repo əməliyyatları üzrə dövriyyələrinin həcminə görə renkinq siyahısında “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC (6 256 911 636 AZN) ən yüksək nəticə göstərən şirkət olub.
İkinci ən yüksək nəticə "ABB İnvest İnvestisiya Şirkəti" QSC (4 053 424 527 AZN), üçüncü ən yüksək nəticə isə "Assists Finance İnvestisiya Şirkəti" ASC (1 407 883 283 AZN) qeydə alınıb.
Siyahıda ən sonuncu yerdə “MFX Trading İnvestisiya Şirkəti” (1 990 556 AZN) qərarlaşıb.
Fins.az BFB-yə istinadən investisiya şirkətlərinin repo əməliyyatları üzrə dövriyyələrinin həcminə görə renkinqi təqdim edir:
Fuad Mədətov
Fins.az