BİRJA

13 May

İnvestisiya şirkətlərinin dövriyyələrinin həcmi üzrə RENKİNQİ - YANVAR-APREL/2024

Bakı Fond Birjası 2024-cü ilin yanvar-aprel ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin dövriyyələrinin həcmini açıqlayıb.

Fins.az xəbər verir ki, investisiya şirkətlərinin dövriyyələrinin həcminə görə renkinq siyahısında “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC (9 233 857 260 AZN) ən yüksək nəticə göstərən şirkət olub.

İkinci ən yüksək nəticə "ABB İnvest İnvestisiya Şirkəti" QSC (4 611 287 763 AZN), üçüncü ən yüksək nəticə isə "Assists Finance İnvestisiya Şirkəti" ASC (1 963 006 662 AZN) qeydə alınıb.

Siyahıda sonuncu yerdə MFX Trading İnvestisiya Şirkəti (1 990 556 AZN) qərarlaşıb.

Fins.az BFB-yə istinadən investisiya şirkətlərinin dövriyyələrinin həcminə görə renkinqi təqdim edir:

Fuad Mədətov
Fins.az