ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin iyul müqaviləsinin dəyəri 0,29% azalaraq 1 barelə görə 82,55 ABŞ dolları təşkil edib.
Fins.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyununda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,22% azalaraq 1 barelə görə 78,09 ABŞ dollarına enib.