BİRJA

09 May

Neft qiymətləri ABŞ-da ehtiyyatların azalması və faiz dərəcələrinin endirilməsi ehtimalları fonunda bahalaşıb

Cümə axşamı erkən ticarət saatlarında ABŞ-da xam neft ehtiyatlarının azalması daha sıx tədarükə və Federal Ehtiyatlar Sistemi ilin sonuna qədər faiz dərəcələrini endirə biləcəyinə dair optimizmə işarə etməsi fonunda neft qiymətləri qismən bahalaşdı.

Fins.az xəbər verir ki, "Brent" markalı xam neftin iyul fyuçersləri 23 sent bahalaşaraq bir barrel üçün 84.62$-a, ABŞ-ın "Qərbi Texas" (WTI) markalı xam neftin iyul fyuçersləri isə 29 sent yüksələrək bir barrel üçün 79.68$-a çatıb.

Çərşənbə günü  açıqlanan hesabatında ABŞ Enerji İnformasiya İdarəsi, xam neft ehtiyatlarının keçən həftə 1.4 milyon barrel azalaraq 459.5 milyon barrelə düşdüyünü bildirdi. Bu azalma emal fəaliyyətinin artması səbəbindən 1.1 milyon barel azalma olacağını düşünən analitiklərin proqnozlarını üstələdi.

Xam neft ehtiyatları ilə bağlı müsbət xəbərlərə baxmayaraq, benzin ehtiyatlarının 900 min bareldən çox artaraq 228 milyon barrelə yüksəlməsi neft qiymətlərindəki artımları məhdudlaşdırıb.

İnventar məlumatlarına əlavə olaraq, ABŞ-da gözləniləndən daha zəif açıqllanan əmək bazarı göstəricilərindən sonra Federal Ehtiyatlar Sisteminin faiz dərəcələrini azaltması ehtimalından da təsirləndi. Aşağı faiz dərəcələri ümumiyyətlə xam neftə isvestisiyanın daha da ucuzlaşması səbəbilə tələbin artmasını və qiymətlərin bahalaşmasını dəstəkləyir.

Eyni zamanda, Yaxın Şərqdə atəşkəsin mümkünlüyü qiymət artımını müəyyən qədər məhdudlaşdırıb. Həftənin əvvəlində ABŞ Qəzzada atəşkəs danışıqlarının İsrail və HƏMAS arasındakı fikir ayrılıqlarını həll edə biləcəyinə dair nikbinliyini ifadə etmişdi.

Neft bazarı qiymət dinamikasının formalaşmasında rol oynayan inventar səviyyələri, monetar siyasət proqnozları və geosiyasi hadisələr də daxil olmaqla kompleks amillər toplusuna cavab verməkdə davam edir.