Növbəti hərraclara 49 əmlak çıxarılıb, iştirakçılara qeyri-yaşayış binasına və nəqliyyat vasitələrinə sahib olmaq imkanı yaradılacaq. Hərraca çıxarılan əmlaklar arasında isitmə və soyutma sistemi, transformator da var.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 14 may tarixində keçiriləcək hərraca 2 avadanlıq (isitmə və soyutma sistemi, transformator) və 44 nəqliyyat vasitəsi çıxarılacaq.
Fins.az xəbər verir ki, nəqliyyat vasitələri əsasən Rusiya, Almaniya və Yaponiya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri 1980-2011-ci illəri əhatə edir.
17 may tarixində keçiriləcək hərraca isə "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin balansında olan 2 qeyri-yaşayış binası və 1 mənzil çıxarılacaq.
Hərraca çıxarılan əmlakların tam siyahısı ilə //clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.
İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan əmlak üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, beh ödəyərək iştirakçı statusu almaq olar.
Fuad Mədətov
Fins.az