BİRJA

03 May

Azərbaycanın lizinq şirkəti 1 milyon manatlıq istiqraz buraxır

Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Legion Financial” ASC "Bakı Fond Birjası" QSC-də (BFB) 1 milyon manat dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.

Fins.az xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 1 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir.

Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək, 60 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "Assist Finance İnvestisiya Şirikəti" ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.