BİRJA

29 Aprel

Yenin bərpası

Yapon yeni dollar qarşısında 158,43-ə qədər zəifləyərək son 34 ilin ən aşağı səviyyəsinə çatıb.

Fins.az xəbər verir ki, səhər saatlarında baş verən enişdən sonra sürətlə toparlanan yen dollar qarşısında qazancını 2 faizə yüksəldib.

Cümə günü Yaponiya Bankı (BOJ) pul siyasəti iclasının sonunda faiz dərəcələrini sabit saxlayıb. Mart qərarına uyğun olaraq istiqraz alışlarını davam etdirəcəyini söyləyib.

BOJ qubernatoru Kazuo Ueda günün sonunda deyib ki, yendəki hərəkətlər Yaponiya iqtisadiyyatına təsir edərsə, bu, siyasətə düzəliş etmək üçün səbəb ola bilər.

Yaponiya Fond Birjaları bazar ertəsi tətil səbəbiylə bağlanır.

Günel Məlikzadə
Fins.az