BİRJA

23 Aprel

AMB: Valyuta hərracında tələb təmin edildi - 23.04.2024

Bu gün Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.

AMB-dən Fins.az-a verilən məlumata görə, hərracda tələb 77,4 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, aprelin 18-nə hərracda tələb 79,8 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Fuad Mədətov
Fins.az