Aprelin 18-də Amerika fond bazarlarında "Dow Jones" indeksi 0.06% – 37,775.38 bəndədək artıb, SP 500 indeksi 0.22% – 5,011.12 bəndədək, Nasdaq indeksi isə 0.52% – 15,601.50 bəndədək azalıb.
Fins.az-ın məlumatına görə, Avropa fond bazarlarında aprelin 18-də FTSE 100 indeksi 0,37% – 7,877.05 bəndədək, Fransanın CAC-40 indeksi 0.52% – 8,023.26 bəndədək, Almaniyanın DAX indeksi isə 0.38% – 17,837.40 bəndədək artıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,09% azalaraq 1.0633 dollar təşkil edib.
Günel Məlikzadə
Fins.az