BİRJA

19 Aprel

Azərbaycan nefti yenidən ucuzlaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti yenidən ucuzlaşıb.

Fins.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 3,3% və ya 3,02 ABŞ dolları azalaraq 88,51 dollar təşkil edib.

Qeyd edək ki, ötən gün "Azeri Light" 91,53 dollara ticarət edilib.

Günel Məlikadə
Fins.az