BİRJA

18 Aprel

Mərkəzi Bankının 252 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2242024704 dövlət qeydiyyat nömrəli 15 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Fins.az xəbər verir ki, hərracı zamanı 6 investor tərəfindən qiymət intervalı 9,4509.0256 (8.3%) manat və 9,5202.00 (7.2%) manat olan 6 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 28,900,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,4766.07 (7.89%) manat və orta ölçülmüş qiyməti 9,4861.4296 (7.74%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 15,000,000 manat təşkil edib.

Notların ödəmə tarixi 26.12.2024-cü ildir.

Fuad Mədətov
Fins.az